• HADİSƏ

    13:36 2 aprel 2019

Canavarların 400-dən çox qoyunu tələf etdiyi qışlaqda dezinfeksiya işləri aparılıb

Abşeron rayonu “Xanqulu” qış otlaq sahəsində dezinfeksiya işləri həyata keçirilib. Bu barədə ONA-ya təsərrüfat rəhbəri Seyran Kərimov bildirib. Onun sözlərinə görə, hadisədən sonra fermada və onun ətrafında dezinfeksiya işlərinin görülməsinə ehtiyac yaranıb. Ona görə də müraciət əsasında yataqlarda dezinfeksiya tədbirləri görülüb.

Qeyd edək ki, Abşeron rayonunda yerləşən "Xanqulu" qış otlaq sahəsindəki yataqlardan birinə canavar sürüsünün hücumu nəticəsində 407 baş qoyun-quzu tələf olub.

Fermer təsərrüfatının rəhbəri S.Kərimov bildirib ki, hücum 1 saat ərzində olub. Belə ki, gecə hər saatın tamamında çobanlar heyvanları yoxlayırlar. Saat 2-də növbəti yoxlanış zamanı çobanlar dəhşətli mənzərə ilə qarşılaşıblar. 400-dən çox qoyunun boğazı üzülmüş vəziyyətdə olub.

Təsərrüfat rəhbərinin bildirdiyinə görə, hadisə nəticəsində ona 60 min manatdan çox ziyan dəyib.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR