Çayda köməksiz qalan 8 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 8 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xilasetmə məntəqəsindən təxminən 1 km aralı, nəzarətsiz ərazidə içərisində 8 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.