2020-ci il 01 Oktyabr tarixlərində Ağcabədi, Cəbrayıl, Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) 19 müraciət daxil olub.
Agentlikdən APA-ya verilən məlumata görə, daxil olmuş 19 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Ağgöl, Köyük, Qaradolaq və Kürdlər kəndləri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Şükürbəyli, Kərimbəyli kəndləri və Zobcuq qəsəbəsi, Goranboy rayonunun Səfikürd və Meşəli kəndləri, Tərtər rayonun “Gölyel” adlanan ərazisi, Avtovağzalın yanı, Düyərli kəndi, Şıxarx və Yeni qəsəbə ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 19 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 5 ədəd raket, 1 ədəd top mərmisi və 4 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 7 ədəd raket və 1 ədəd aviobomba partlayış yolu ilə zərərsizləşdirilib.