• HADİSƏ

    12:02 2 aprel 2019

Cəlilabad sakini qətlə yetirildikdən sonra hissələrə bölünərək yandırılıb

Cəlilabad sakinin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 1993-cü il təvəllüdlü Sahib Muradovun itkin düşməsi barədə 2 ay əvvəl Cəlilabad Rayon Polis Şöbəsinə müraciət daxil olub. S.Muradovun ailə üzvləri onun yanvarın 25-də səhər saatlarında “VAZ-2106” markalı naməlum avtomobilə minərək evdən getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.

Əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Teymur Məmmədov və əvvəllər məhkum edilmiş Göytəpə şəhər sakini Əli Ələkbərli saxlanılıb.

Məlum olub ki, Ə.Ələkbərli yanvarın 25-də Masallı rayonunda yerləşən “ADU Piramida” istirahət mərkəzində S.Muradovu bıçaqla qətlə yetirib. Sonra Ə.Ələkbərli meyiti Altay Ağamalızadə adlı tanışının köməyi ilə avtomobilə qoyaraq Neftçala rayonuna aparıb. Orada meyit yandırılıb. Meyitin tam yanmadığını görən Ə.Ələkbərli və A.Ağamalızadə cəsədi avtomobillə İmişli rayonuna aparıb və orada balta ilə hissələrə bölüblər. Sözügedən şəxslər meyitin hissələrini İmişli, Cəlilabad və Yardımlı rayonlarının ərazilərində basdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Saat 12:02

***

Cəlilabadda dəhşətli qətlin üstü açılıb.

Hüquq-mühafizə orqanlarından ONA-ya verilən məlumata görə, bu ilin yanvar ayından itkin düşmüş kimi qeydiyyatda olan, Cəlilabad rayonu, Göytəpə şəhər sakini Mahmudov Sahib Sahibəli oğlunun qətlə yetirildiyi müəyyən edilib.

Həyata keçirilən tədbirlərlə qətli törətməkdə şübhəli bilinən Əli Ələkbərli və Altay Ağamalızadə saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, S.Mahmudov qətlə yetirildikdən sonra meyiti hissələrə bölünərək yandırılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR