Cəlilabadda yanğın olub.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, rayon sakini Rizvan Bayramova məxsus həyətdə ümumi sahəsi 161 m² olan talvarın yanar konstruksiyaları və altında saxlanılmış “Porsche” markalı avtomobilin yanar hissələri, ümumi sahəsi 504 m² olan iki mərtəbəli evin yuxarı mərtəbəsində 1 otağın tavanı yanıb.
FHN-nin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını söndürməyə müvəffəq olublar.
Faktla bağlı araşdırmalara başlanılıb.