• HADİSƏ

    13:41 31 may 2019

Cəlilabadda itkin düşən məktəbli tapılıb - YENİLƏNİB

Cəlilabadda itkin düşən məktəbli tapılıb.

Yaxınlarının ONA-ya verilən məlumata görə, 14 yaşlı Mirəli Miriyev rayonun Alar kəndi ərazisində tapılaraq ailəsinə təhvil verilib.

***

Saat 11:30

Cəlilabadda məktəbli itkin düşüb.

Yaxınlarının ONA-ya verdiyi xəbərə görə, Cəlilabad rayonu, Günəşli kənd sakini 2005-ci il təvəllüdlü Miriyev Mirəli Elman oğlu mayın 30-da saat 08:30 radələrində yaşadığı evdən çıxaraq Cəlilabad rayonunun mərkəzinə gedib və bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun əynində qırmızı rəngli uzunqol köynək, qara rəngli cins şalvar, qara rəngli gödəkcə və idman ayaqqabısı olub.

M.Miriyevin itkin düşməsi barədə polisə məlumat verilib. O, 8-ci sinif şagirdi olub.

Onu görənlərdən (050) 522 15 95 və ya (050) 481 61 39 telefon nömrələrinə xəbər vermələri xahiş olunur.

Tural

Teqlər:

SON XƏBƏRLƏR