Lənkəran Ağır Cinayətlər Məhkəməsində ana və qızını öldürməkdə təqsirləndirilən Yaşar Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb.
ONA-nın xəbərinə görə, məhkəmənin hökmü ilə Y. Bayramov ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il avqustun 29-da Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 1984-cü il təvəllüdlü Y.Bayramov həmkəndliləri - 1932-ci il təvəllüdlü Firuzə Əsgərova və onun qızı, 1972-ci il təvəllüdlü Sənubər Əsgərovanı qətlə yetirib. Hadisə yerindən qaçan Y. Bayramov Bakıda saxlanılıb.