• HADİSƏ

    12:45 3 aprel 2019

Cəlilabadda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Cəlilabadda baş verən yol qəzasında 1 nəfər həyatını itirib.

ONA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

1968-ci il təvəllüdlü rayon sakini Nəbi Bayramov "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR