Cəlilabadda avtomobilin vurduğu uşaq dünyasını dəyişib
  • HADİSƏ

  • 22:14 12 May 2019

Cəlilabadda avtomobilin vurduğu uşaq dünyasını dəyişib

Cəlilabadda yol qəzası 5 yaşlı uşağın ölümünə səbəb olub.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alar kəndində baş verib.

Şəxsiyyəti hələ ki dəqiqləşdirilməyən sürücü idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 2014-cü il təvəllüdlü Ənvər Elvin oğlu Əmirovu vurub. Ağır dərəcəli bədən xəsarətləri alan azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Teqlər: Cəlilabad avtoqəza ölüm

OXŞAR XƏBƏRLƏR