• HADİSƏ

    11:51 10 aprel 2019

Cəlilabadda avtoxuliqanlıq edən sürücü saxlanılıb

Cəlilabadda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

ONA-nın cənub bürosunun məlumatına görə, rayonun Kazımabad kənd sakini sürücü Ceyhun Bağırov Göytəpə qəsəbəsində “Niva” markalı minik avtomobili ilə təhlükəli manevrlər edib.

Bununla da o, yolboyu hərəkət edən sürücülər üçün qəza şəraiti yaradıb. Əldə olunan videogörüntülər əsasında sürücü aşkar edilərək barəsində inzibati protokol tərtib olunub, avtomobili isə cərimə meydançasına yerləşdirilib.

Tural Kərimov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR