Cəlilabadda kütləvi dava olub.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakinləri olan bir qrup şəxs arasında dava düşüb. Nəticədə 1948-ci il təvəllüdlü Mehmanağa Miriyev, 1982-ci il təvəllüdlü Ceyhun Əhmədov və 1991-ci il təvəllüdlü Mirvahid Miriyev xəsarət alıb. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Kütləvi davanın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov