• HADİSƏ

    22:26 6 aprel 2019

Cəlilabadda kütləvi davada rayon sakini xəsarət alıb

Cəlilabad rayonunda tanışlar arasında kütləvi dava olub.

ONA-nın cənub bürosundan verilən məlumata görə, Gülməmmədli kənd sakini, 1980-ci il təvəllüdlü İshaq Əzizov tanıdığı şəxslər tərəfindən döyülüb.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə almaq üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR