• HADİSƏ

    10:30 1 mart 2019

Cəlilabadda kütləvi zəhərlənmə olub

Cəlilabadda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Rayon Prokurorluğundan ONA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə fevralın 28-də şəhər ərazisində yerləşən "GREEN STORE" mağazasında qeydə alınıb. Mağazanın işçilərinin kimyəvi maddələrdən zəhərlənmələri faktı ilə bağlı araşdırmalara başlanıb.

Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub.

Hadisə ilə bağlı izahatlar alınıb, mağazada quraşdırılan müşahidə kameralarının video görüntüləri götürülüb.

Tural Kərimov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR