Cəlilabadda minik avtomobili aşıb, 3 qadın xəsarət alıb.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə yeni Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində Lənkəran sakinləri - 1989-cu il təvəllüdlü Əliyeva Xəyalə Vaqif qızı, 1982-ci il təvəllüdlü Məmmədova Südabə Nurbala qızı və 2001-ci il təvəllüdlü Məmmədova Şəmsiyyə Ehtiram qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.