• HADİSƏ

    11:06 29 sentyabr 2019

Cəlilabadda minik avtomobili aşıb, ölən və yaralananlar var

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dələli kəndində qeydə alınıb.

Minik avtomobilinin aşması nəticəsində 1 nəfər dünyasını dəyişib, 4 nəfər yaralanıb.

Hazırda ölən şəxsin və yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural

Teqlər:

SON XƏBƏRLƏR