• HADİSƏ

    22:30 2 aprel 2019

Cəlilabadda xəsarətlə nəticələnən avtoqəza olub

Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın cənub bürosundan verilən məlumata görə, iki avtomobilin toqquşması nəticəsində Cəlilabad rayon sakinləri - 2006-cı il təvəllüdlü Həsənov Azər Nurəddin oğlu və 2007-ci il təvəllüdlü Kərimov Sərxan Əli oğlu müxtəlif xəsarətlər alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR