Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, mayın 5-də saat 20 radələrində Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində Bakı şəhər sakini Ş.Cəbrayılov idarə etdiyi “Ford-Transit” markalı avtomobillə yolu keçən kənd sakini, azyaşlı Yusif Muradovu vurub və nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.