• HADİSƏ

    23:17 3 may 2019

Ceyranbatanda 65 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, məcburi köçkünlərin məskunlaşdığı 147 nömrəli Abşeron-Ceyranbatan peşə məktəbinin 4-cü mərtəbəsindən 1954-cü il təvəllüdlü Ağamaliyeva Gülaba Əbduləli qızı yıxılaraq ölüb.

65 yaşlı qadının psixi problemərinin olduğu və hadisənin ehtiyatsızlıq üzündən baş verdiyi bildirilib.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR