• HADİSƏ

    09:11 22 aprel 2019

Ceyranbatanda “KamAZ”-la minik avtomobili toqquşub

Ötən gecə Bakı-Sumqayıt yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, qəza yolun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

"KamAZ" markalı yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.

Minik avtomobilinin sürücüsü, Bakı şəhəri Binəqədi rayon sakini, 1996-cı il təvəllüdlü Bəydəmirov Kamran Elşən oğlu müxtəlif dərəcəli bədən xəsarəti ilə Sumqayıtda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR