• HADİSƏ

    17:09 27 aprel 2019

Cəzaçəkmə müəssisəsinə tiryək keçirilməsinin qarşısı alınıb

Valideynləri tərəfindən məhkuma gətirilən sovqatın içindən narkotik maddə aşkar olunub.

Penitensiar Xidmətin ictimai əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.1; 69.3-cü (qanunasuz olaraq narkotik maddələri hazırlama, saxlama və ya satma) maddələrinə əsasən 2 il 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rahmanov Pərviz Rövşən oğlu ilə qısamüddətli görüşə gələn Salyan şəhər sakinləri atası Rahmanov Rövşən Nəsir oğlu və anası Rahmanova Vüsalə Malik qızı tərəfindən gətirilmiş sovqata və üzərlərinə baxış keçirilən zaman orada olan konfetlərin arasında gizlədilən bir ədəd bükülüdə 0,192 qram tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR