Çinin Linfen şəhərində bir neçə yaşayış binasının çökməsi nəticəsində iki nəfər ölüb, daha 17 nəfər isə itkin düşüb.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Çinin şimalındakı Şansi əyalətində baş verib.
Yerli polisin məlumatıngörə, insidentə ötən gün yerli vaxtla saat 18:00-da meydana gələn sürüşmə səbəb olub.
Hadisə yerinə xilasedicilər cəlb olunub, əraziyə gələn idarələrarası hökumət qrupu faciənin nəticələrinin aradan qaldırılması işləri ilə məşğuldur.
Yaxın binaların sakinləri təxliyyə olunub.