• HADİSƏ

    08:23 12 mart 2019

Çində iki gəminin toqquşması nəticəsində 12 nəfər itkin düşüb

Şərqi Çin əyaləti olan Çjesyan sahillərində iki gəminin toqquşması nəticəsində 12 nəfər itkin düşüb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çjouşan şəhər dairəsindən yayılan məlumatda qeyd olunur.

İnsident yerli vaxtla saat 01:09-da qeydə alınıb. Bildirilir ki, balıqçı gəmilərindən biri limana qayıdan zaman böyük laynerlə toqquşaraq batıb. Gəminin göyərtəsində 14 nəfər olub. Onlardan ikisi xilas olunsa da, digər 12 nəfərin taleyi məlum deyil.

Yerli hakimiyyət qüvvələri hadisədən sonra axtarış-xilasetmə işlərinə başlayıb. Axtarışlara azı 20 balıqçı gəmisi və iki helikopter də qoşulub.

Toqquşmanın səbəbi hələlik bilinmir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR