• HADİSƏ

    18:57 1 may 2023

Cocuq Mərcanlıda çoban tank əleyhinə minaya düşərək həlak olub

Cəbrayılda çoban tank əleyhinə minaya düşərək həlak olub.
ONA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumatda deyilir ki, mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində minalardan təmizlənməmiş sahədə mina partlayışı baş verib. Məlumata əsasən, maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini, 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu, at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid edib və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR