Bakıda 2 il əvvəl Dağıstana getdiyi bildirilən qadının skeleti tapılıb.
ONA-nın əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonu 5-ci polis bölməsinin əməkdaşları Ə.Naxçıvani küçəsində yaşayan, 1951-ci il təvəllüdlü Umuyət Abdurəhimovanın üzərində zorakılıq əlamətləri olmayan çürümüş meyitini aşkar ediblər.
Hadisə yerinə baxış keçirilib. Meyit ekspertiza olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi şöbəsinə göndərilib.
Qonşuluqda yaşayanlar bildiriblər ki, sonuncu dəfə U.Abdurəhimovanı iki il əvvəl görüblər. Onlar mərhumun tez-tez Dağıstana getdiyini deyiblər. Umuyət Abdurəhimova təqaüdə çıxmazdan əvvəl uzun müddət MİS-də süpürgəçi işləyib, Bakıda yaxın qohumlarının olmadığı bildirilir.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.