Dağıstanda Azərbaycan vətəndaşı barəsində cinayət işi açılıb.
APA “RİA Dagestan”a istinadən xəbər verir ki, bu barədə yerli İstintaq İdarəsi məlumat yayıb.
İttihama görə, sentyabrın 25-də Dağıstanın Xasavyurt şəhərində kirayədə yaşayan 59 yaşlı kişi münaqişə zəminində oğlu tərəfindən öldürülüb: “Oğul atasına əllərilə çoxsaylı həyatı təhlükəli zərbələr endirdikdən sonra onu naməlum bir əşyadan istifadə edərək boğub”.
Şübhəli saxlanılıb, ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qətl) maddəsinin 1-ci hissəsinə əsasən cinayət işi açılıb.
APA-nın Sumqayıt bürosunun əldə etdiyi məlumata görə, hadisəni törədən şəxs Sumqayıt şəhər sakini Etibar adlı şəxsdir. Qətlə yetirilən atanın adı isə Cahiddir.