Baş Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Həsən Hənifəyev tutduğu vəzifədən azad edilərək Nəsimi rayon prokuroru təyin edilib.
APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlə Namiq Muradov Quba rayon prokuroru vəzifəsinə təyinat alıb.
Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Bakının daha iki rayonuna yeni prokuror təyin olunub.
Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsi rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.
Qax rayon prokuroru Hidayət Nurəlibəyov tutduğu vəzifədən azad edilərək Nərimanov rayon prokuroru vəzifəsinə təyinat alıb.