Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
APA-nın məlumatına görə, bu barədə həkim Ramil Həsənli "Facebook" səhifəsində məlumat yayıb. O bildirir ki, bir neçə gün əvvəl koronavirusa yoluxan
1 saylı Xəstəxananın həkim-reanimatoloqu Kərəm Yaqubov vəfat edib.
Qeyd edək ki, vəziyyəti ağır qiymətləndirilən həkim-reanimatoloq Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmiş və süni tənəffüs aparatına qoşulmuşdu.