• HADİSƏ

    13:08 13 may 2019

Daşkəsəndə polis ehtiyatsızlıqdan həmkarını güllələyib

Daşkəsən Rayon Polis Şöbəsində polis ehtiyatsızlıqdan öz həmkarını güllələyib.

ONA-nın məlumatına görə, hadisə şöbənin silah otağında qeydə alınıb. Polis serjantı, 1996-cı il təvəllüdlü Şamxal Mikayılzadənin “Makarov” markalı silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb və güllə onun həmkarı, polis serjantı, 1993-cü il təvəllüdlü Ceyhun Həsənovun ayağına dəyib.

Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR