Daşkəsən rayonu ərazisinə dolu ilə müşayiət olunan leysan yağıb. Güclü külək əsməsi nəticəsində rayonun yol, elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə xeyli ziyan dəyib.
ONA-nın qərb bürosunun məlumatına görə, güclü küləyin təsirindən çox sayda ağac aşıb.
Baş vermiş təbii fəlakətlə əlaqədar aidiyyəti qurumlara müvafiq məlumat verilib. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır, daxili imkanlar hesabına bərpa işləri, ardıcıl müvafiq tədbirlər görülür.