• HADİSƏ

    04:02 14 sentyabr 2020

Daşkəsəndə bıçaqlanma olub

Daşksənəndə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Astaf kəndində qeydə alınıb.

1983-cü il təvəllüdlü Qasımov Razim Lətif oğlu sağ qolundan aldığı iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yaralıya lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, R.Qasımov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisə ilə bağlı polisə də məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR