• HADİSƏ

    17:28 21 aprel 2019

Daşkəsəndə iki avtomobil toqquşub, ana və oğlu xəsarət alıb - FOTO

Daşkəsəndə yol qəzası baş verib.

ONA-nın yerlu bürosunun məlumatına görə, hadisə rayonun Narzan adlan ərazisində qeydə alınıb.

“Qazel” markalı yük maşını və “VAZ 21015” markalı minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər - 50 yaşlı Rəqibə Alınağıyeva və oğlu 28 yaşlı Alınağıyev Surxay xəsarət alıb, xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR