• HADİSƏ

    10:44 26 oktyabr 2019

Daşkəsəndə qadın azyaşlı övladlarına bıçaqla xəsarət yetirib

Daşkəsəndə qadın öz övladlarına xəsarət yetirib.

APA-nın məlumatına görə, rayon sakini Saday Əlirzayev Daşkəsən rayon Polis Şöbəsinə müraciət edərək qızı Elmira Pavlovanın azyaşlı övladları - 2010-cu il təvəllüdlü Hüseyn və 2012-ci il təvəllüdlü Əmirxanı döydüyünü bildirib.

Araşdırmalar zamanı Elmira Pavlovanın azyaşlı övladlarına qaz sobasında qızdırılmış bıçaqla xəsarətlər yetirdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR