Biləsuvar rayonundakı gömrük postunda daxili orqanında narkotik keçirmək istəyən şəxs saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, İran İslam Respublikasından piyada yolu ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş üzərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib. Lakin onun hərəkətləri gömrükçülərdə şübhə yaratdığından üzərində şəxsi yoxlama aparılıb. Daxili orqanında narkotik vasitə gizlətdiyi ehtimal edilən vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb və rentgen müayinəsindən keçirilib. Müayinə zamanı onun düz bağırsağında gömrük nəzarətindən gizlədilən 3 ədəd bükümdə, ümumilikdə 206 qram narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.