"Dəmirbank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli barəsindəki məhkəmə qərarından kassasiya şikayəti verib.
ONA-nın xəbərinə görə, şikayət Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin baxış iclası iyunun 11-nə təyin edilib. F. Rəşadətli məhkəmədən bəraət istəyir.
İttihama görə, F.Rəşadətli "Dəmir Bank" ASC-nin Bayıl filialının müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatı ələ keçirib. Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyib. F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə mənimsəyib. F.Rəşadətli ilə birgə bankın xəzinədarı T.Xanlarova və bankın əməkdaşı F.Qarayev də təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Rəşadətli 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilən, barələrində polis nəzati qətimkan tədbiri seçilmiş T.Xanlarovanın 1000 manat cərimə olunması, F.Qarayevin isə əmək haqqından hər ay 20 faiz tutulması ilə bağlı hökm çıxarıb. Hökmdən apellyasiya şikayəti verilsə də, təmin edilməyib.