• HADİSƏ

    05:02 4 aprel 2019

Dəmiryol keçidində avtomobil daş hasara çırpılıb

Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

ONA-nın xəbərinə görə, Əmircan qəsəbəsində 23 yaşlı Əliyev İsmayıl İlqar oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobili dəmiryol keçiddindən keçərkən daş hasara çırpılıb.

Avtomobil deformasiyaya uğrayıb. Sürücü İ.Əliyev və sərnişin 34 yaşlı Fərzəliyev Eldəniz Ədail oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nurlan Əli

Aytən

Teqlər:

SON XƏBƏRLƏR