• HADİSƏ

    20:49 17 mart 2020

Dənizə düşən 2 nəfər xilas edilib

Bakının Səbail rayonunda 2 nəfərin dənizə düşüb.

APA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlar sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR