• HADİSƏ

    11:24 9 aprel 2019

DGK: Sosial şəbəkələrdə yayılan görüntülər Azərbaycan ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxslə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən ONA-ya verilən məlumatda qeyd olunur ki, ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər: “Dövlət Gömrük Komitəsi bildirir ki, hadisə Azərbaycan ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib. Bu videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyəti yoxdur”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR