• HADİSƏ

    21:50 30 avqust 2020

DİN Xaçmazda "Aşura" mərasimində iştirak edən şəxslər barəsində tədbirlər görüb

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə bu gün Xaçmaz rayonu ərazisində “Aşura” mərasiminin təşkili ilə bağlı paylaşılan videogörüntülərə aydınlıq gətirib.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan APA-ya verilən xəbərə görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində həmin mərasimin təşkil edilməsi barədə məlumat əldə edərək müvafiq tədbirlər keçiriblər.

Görüntülərdə olan şəxslər saxlanılaraq şöbəyə gətiriliblər. Burada onlarla izahedici söhbətlər aparılıb və mövcud karantin rejimi qaydalarını pozan 10 nəfər barəsində müvafiq tədbirlər görülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR