• HADİSƏ

    12:32 17 aprel 2019

Ağdamda ananın körpə qızını öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Daxili İşlər Nazirliyi Ağdamda ananın körpə qızını öldürməsi faktı ilə bağlıə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, aprelin 16-da Ağdam rayonunun Qərvənd kəndində yaşayan G.İsmayılova evində ailə-məişət münaqişəsi zəminində körpə qızını boğub. G.İsmayılova könüllü olaraq Ağdam Rayon Polis Şöbəsinə gələrək təslim olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR