• HADİSƏ

    13:02 2 aprel 2019

DİN Bakının mərkəzində baş verən ağır qəza ilə bağlı məlumat yayıb

Aprelin 1-də səhər saat 10 radələrində paytaxın Nəsimi rayonununda baş verən qəzada ölən və yaralananların adları məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, R.Behbudov küçəsində Bakı şəhər sakini Ramiz Əmiraslanov idarə etdiyi “MG” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Valəddin Niyazovu, onun oğlu Seymuru, Naxçıvan şəhər sakini Təhminə Rüstəmovanı və Gəncə şəhər sakini Xanım Quliyevanı vurub və idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanacaqda dayanan “Baku-Bus” MMC-yə məxsus “İveco” markalı 5 saylı avtobusa çırpılıb.

Minik avtomobilinin sürücüsü R.Əmiraslanov və T.Rüstəmova hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən S.Niyazovun vəziyyəti ağır, digərlərinin vəziyyətləri qənaətbəxşdir.

Avtobusun arxa hissəsinə qismən ziyan dəyib, salonda xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR