Ermənistan Silahlı Qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində dəyən ziyan açıqlanıb.
Baş Prokurorluqdan ONA-ya daxil olan xəbərə görə, bu günə kimi 41 mülki şxəs həlak olub, 205 nəfər yaralanıb. Həmçinin 1165 fərdi yaşayış evi, 146 mülki obyekt və 57 çoxmənzilli yaşayış binasına ciddi ziyan dəyib.