Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “Diqlas” Ticarət Mərkəzində baş verən yanğından zərər çəkən vətəndaşlara kompensasiya ödəniləcək.
ONA-nın məlumatına görə, bu barədə Nizami rayon İcra Hakimiyyətində "Diqlas" Ticarət Mərkəzində baş verən yanğından zərər çəkənlərlə keçirilən görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov bildirib.
O qeyd edib ki, yanğın hadisəsi ilə əlaqədar məsələlər prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir: “Hər bir vətəndaşa dəyən ziyana görə kompensasiya ödəniləcək. Bununla əlaqədar komissiya yaradılacaq. Həmin komissiya dəymiş zərəri hesablayacaq”.
Görüşdə, həmçinin, qeyd olunub ki, baş vermiş yanğınla bağlı cinayət işi başlanıb, ticarət mərkəzinin səlahiyyətli şəxsləri qanun qarşısında cavab verəcəklər.