• HADİSƏ

    11:49 27 mart 2019

“Diqlas” ticarət mərkəzində təmizləmə işləri həyata keçirilir

Yanğın baş verən “Diqlas” ticarət mərkəzində təmizləmə işləri həyata keçirilir.

ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə yük maşınları cəlb olunub və yanğının fəsadları aradan qaldırılır. Təmizləmə zamanı çox kiçik (lokal) tüstülənmə halları müşahidə olunur. Baş verə biləcək yanğının qarşısını almaq üçün ərazidə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölüyü növbə çəkir.

Bundan başqa əraziyə polis qüvvələri cəlb olunub. Həyati təhlükə kəsb etdiyi üçün ticarət mərkəzində yerləşən obyekt sahiblərinin binaya girişi məhdudlaşdırılıb.

Qeyd edək ki, martın 26-da paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın olub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı ümumilikdə 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR