• HADİSƏ

    16:35 27 mart 2019

"Diqlas" ticarət mərkəzinin rəhbərliyi zərərçəkənlərlə görüşüb - FOTO

Yanğın baş verən "Diqlas" ticarət mərkəzinin rəhbərliyi zərərçəkənlərlə görüşüb.

ONA-nın məlumatına görə, görüş saat 16.00-da ticarət mərkəzinin qarşısındakı parkda baş tutub.

Ticarət mərkəzinin direktoru Araz Rəhimov zərərçəkənlərlə bildirib ki, xaricə əməliyyata gedibmiş. Əməliyyatını yarımçıq qoyub ölkəyə qayıtdığını qeyd edən A.Rəhimov “Diqlas”ın mülkiyyətçiləri ilə görüşəcəyini və binanın qısa bir zamanda təmir olunması ilə bağlı danışıqlar aparacağını bildirib. Lakin o, zərərçəkənlərin yanan malları ilə bağlı hələlik heç bir köməklik edə bilməyəcəyini bəyan edib, həmçinin qeyd edib ki, zərərçəkənlərin malları sığortalanmayıb.

A.Rəhimov çıxış yolu kimi bina təmir olunduqdan sonra bir müddət onlardan icarə haqqı alınmayacağına dair vəd verib.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR