• HADİSƏ

    17:05 22 may 2019

İcra başçısının müavini: “Diqlas” ticarət mərkəzinin sökülməsi yubanır

“Diqlas” ticarət mərkəzinin sökülməsi yubanır.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev ONA-nın sorğusuna cavab olaraq bildirib ki, binanın sökülməsinə hazırlıq görülür.

"Bina məskunlaşmanın sıx olduğu ərazidə, üstəlik də avtomobil yolunun yaxınlığında yerləşdiyindən söküntüyə hazırlıq işlərində bəzi xırda problemlər yaranır. Bu da bir qədər vaxt aparır. Binanın söküntüsü bu sahə üzrə ixtisaslaşmış lisenziyalı şirkət həvalə olunub”, - deyə o əlavə edib.

İ. Mehdiyev deyib ki, hazırda təhlükəsizlik məqsədi ilə ərazi dəmir lövhələrlə hasarlanıb. Əraziyə texnikalar cəlb olunub və binanın damına buldozerlər qaldırılıb.

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı ölən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb. Söküntü işlərinə mayın 22-də başlanacağı bildirilirdi.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR