• HADİSƏ

    17:52 3 iyun 2019

Dostunu öldürüb, ölkədən qaçan şəxsə hökm oxunub

Dostunu öldürməkdə təqsirləndirilən Əli Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Ə. Nağıyev 13 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2017-ci il fevralın 28-də Bakının Bayıl qəsəbəsində baş verib. 1985-ci ildə Naxçıvanda anadan olmuş Ə.Nağıyev mübahisə zəminində dostu Nail Abdurəhmanovu bıçaqlayaraq qətlə yetirib. Daha sonra Ə.Nağıyev Gürcüstana qaçıb. Lakin orada saxlanılıb və Bakıya ekstradisiya edilib.

Səlcuq

Teqlər:

SON XƏBƏRLƏR