Qəsdən adam öldürməkdə təqsirləndirilən Əli Nağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ONA-nın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əliövsəd Abasovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Səbail rayon Polis İdarəsinin Əməkdaşları 28 fevral 2017-ci il tarixində Bakının Bayıl qəsəbəsində törədilmiş qətlin üstünü açıblar. 1985-ci ildə Naxçıvanda anadan olmuş Nağıyev Əli Rəfail oğlu ötən il iyunun 27-də Gürcüstandan Bakıya ekstradisiya edilib. Məlum olub ki, Ə. Nağıyev qonşu ölkədə istintaqdan gizlənirmiş. O, Bakıda mübahisə zəminində dostunu bıçaqlayıb. Bıçaqlanan şəxs hadisə yerində keçinib. Ə. Nağıyev dostunu küçədə qan içində qoyaraq qaçıb və hüquq-mühafizə orqanlarının əlinə keçməmək üçün qonşu ölkədə özünə sığınacaq tapıb.