Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, B.Əhmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, B.Əhmədov dostu Fikrət Salmanovu mübahisə zəmnində bıçaqla qətlə yetirib. B.Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.