• HADİSƏ

    11:47 12 aprel 2019

Dövlət Gömrük Komitəsinin əməkdaşı azadlığa buraxılıb

Bu gün Bakı Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Mehman Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Novruzov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.

İttihama görə, M.Novruzov Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində çalışan zaman cinayət törədib. Cinayət materiallarına əsasən, o, dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal edib. Məhkəmənin qərarı ilə M.Novruzovun barəsində həbs qətimkan tədbiri seçilib. M. Novruzov Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham edilir.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR