• HADİSƏ

    20:03 17 may 2019

Dövlət Komitəsi «Bakıtikintisənayedəstləşdirmə» ASC-ni məhkəməyə verib

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “Bakıtikintisənayedəstləşdirmə” ASC-nə qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, 2 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, aidiyyəti ərazi üzrə verilmədiyi üçün geri qaytarılıb. Qeyd edək ki, ərizədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh “Bakıtikintisənayedəstləşdirmə” ASC-nə qarşı icarə haqqı borcu üzrə 1147 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması əksini tapıb.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR